Pentaqon: ABŞ İrana elə bir görünməmiş səviyyədə hücuma hazırdır ki…

03.08.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri, Pentaqon rəhbəri Pit Heqset bildirib.

"ABŞ hərbi qurumu İkinci Dünya Müharibəsindən bəri görünməmiş səviyyədə zərbələrə hazır idi və hazır olaraq qalır. Silahlar istifadəyə hazırdır", - Heqset bu barədə  X (tvitter) sosial media hesabında yazıb.

CNN isə mənbələrə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) amerikalı hərbi analitiklərdən İranı "cəzalandırmağın qeyri-adi yollarını" tapmağı xahiş edib.

CENTCOM-un kəşfiyyat bölməsi tərəfindən göndərilən elektron poçtda deyilir: "Biz İranı cəzalandırmaq və təzyiq göstərmək üçün yeni, yaradıcı və innovativ yollar axtarırıq".
Kanalın məlumatına görə, bu addım ABŞ administrasiyasının İranla bağlı məhdud seçimlərə malik olduğunu və bəzilərinin qəbuledilməz hesab edildiyini göstərir. 

“Fox News” isə bildirib ki, Mərkəzi Komandanlıq bütün yeni ideyaları nəzərdən keçirməyə açıqdır. Hərbçilər İran strategiyasının yenidən qiymətləndirilməli olduğunu qəbul edirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp  "Truth Social"da Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etdiyini və avqustun 3-də sülh danışıqlarına başlanılacağını yazıb.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər Ağ Evdən hücumu təxirə salmağı xahiş ediblər. Tramp qeyd edib ki, bu razılaşmaya Hörmüz boğazının dərhal açılması və İranın nüvə təhdidinin aradan qaldırılması daxil olmalıdır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью