Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ ordusu üçün prioritet Çinin qarşısını almaq və Avropanı deyil, ABŞ-ni müdafiə etmək olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) tərəfindən açıqlanan yeni müdafiə strategiyasında öz əksini tapıb.
Sənəddə Avropanın hələ də mühüm rol oynadığı, lakin qlobal iqtisadiyyatdakı payının azaldığı bildirilir.
“Buradan belə nəticə çıxır ki, biz Avropanın işlərində iştirakda davam edəcəyik, ancaq Çinin qarşısını almağı və ABŞ-ni müdafiə etməyi prioritet hesab etməliyik və edəcəyik”, - sənəddə qeyd edilib.
Lakin sənəddə Rusiyadan fərqli olaraq Çin təhdid kimi göstərilmir. Pentaqon Çini ABŞ-dən sonra ikinci ən güclü ölkə adlandırır və Pekinin artan təsirini qeyd edir.
Yeni strategiyadakı digər məqamlar aşağıdakılardır:
- Qrenlandiya kimi strateji əraziyə girişi ABŞ ordusu təmin etməlidir;
- Ukrayna münaqişəsinə son qoyulmalıdır, ancaq onun həlli üçün, əsasən, Avropa məsuliyyət daşıyır;
- NATO müttəfiqləri “gizli hərbi potensial” baxımından Rusiyadan daha üstündür;
- Strategiya Rusiyanın nüvə arsenalını dünyada ən böyük arsenal kimi tanıyır;
- ABŞ nüvə qüvvələrini modernləşdirməyə davam edəcək, əsas diqqət eskalasiyaların qarşısının alınmasına və onların idarə olunmasına yönəldəcək;
- Koreya Xalq Demokratik Respublikasının nüvə qüvvələri Vaşinqton üçün birbaşa təhdid kimi təsvir olunur.
Eyni zamanda, Pentaqon yeni müdafiə strategiyasının təcrid strategiyası olmadığına zəmanət verir.