Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyulun 23-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla davam edən münaqişə çərçivəsində həlak olan amerikalı hərbçilərin rəsmi sayına düzəliş edərək, itkilərin göstəricisini 18-dən 14-ə endirib.
XQ "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, rəsmi internet səhifəsindəki bu kəskin dəyişiklik ictimaiyyətdə və mətbuatda ciddi suallar doğurub.
Pentaqonun mətbuat katibinin əvəzi Coel Valdes yayılmış məlumatla bağlı açıqlamasında bildirib ki, rəqəmin birdən-birə dəyişməsi saytda "məlumatların işlənməsi zamanı yaranan müvəqqəti texniki nasazlıq" ilə əlaqədardır.
Lakin NYT-nin mənbələrə istinadən verdiyi xəbərə görə, dörd hərbçinin adı təsadüfən deyil, daxili müzakirələrdən sonra məqsədyönlü şəkildə siyahıdan çıxarılıb.
Siyahıdan çıxarılan hərbçilərlə bağlı əsas məqamlar:
Atəşkəs amili: Siyahıdan silinən 4 hərbçi aprel ayında elan edilmiş rəsmi atəşkəs bəyanatından sonra İordaniya və İraqın şimalında İranın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
Statistika yanaşması: Daxili mənbələr bildirir ki, həmin şəxslərin rəsmi hərbi itki siyahısından çıxarılmasına əsas səbəb onların ölümünün aprel atəşkəsindən sonrakı dövrə təsadüf etməsidir.
Şəffaflıq məsələsi: Qəzet həmçinin vurğulayır ki, atəşkəs rejiminin pozulmasından və hərbi əməliyyatların yenidən intensivləşməsindən sonra Pentaqon şəxsi heyət arasındakı yaralanma və itkilərlə bağlı statistik məlumatların dərc olunmasını kəskin şəkildə məhdudlaşdırıb.