Pentaqon dron istehsalı üçün avtomobil nəhənglərinə müraciət etdi

24.11.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmaq məqsədilə ölkənin aparıcı avtomobil istehsalçıları ilə danışıqlar apardığı bildirilir.

Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Pentaqon azalan pilotsuz uçuş aparatı ehtiyatlarını artırmaq üçün ABŞ-ın avtomobil istehsalçılarına müraciət edib.

Mənbələr bildiriblər ki, nazirlik dron istehsalının genişləndirilməsi məqsədilə “General Motors” da daxil olmaqla, bir neçə aparıcı avtomobil şirkəti ilə əlaqə saxlayıb.

Hələlik tərəflər arasında hər hansı razılaşmanın əldə olunmadığını bildirən mənbələr Tramp administrasiyasının rəsmilərinin avtomobil sənayesinin rəhbərlərindən fərqli, o cümlədən tərəddüdlü cavablar aldığını qeyd ediblər.

Mənbələrin sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə avtomobil şirkətləri birbaşa dron istehsal etməyəcək, pilotsuz uçuş aparatları istehsalçılarını zəruri ehtiyat hissələri ilə təmin edəcəklər.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью