Pentaqon əks PUA qrupunun yaradıldığını açıqlayıb

29.08.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pentaqon pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün işçi qrupu yaradır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat verib.

“Şübhəsiz ki, düşmən pilotsuz təyyarələrinin bizə qarşı təhdidləri hər gün artır. Biz bunu ucqar yerlərdə və sərhədlərimizdə döyüş meydanında görürük”, - deyə nazir əlavə edib.

Heqsetin sözlərinə görə, ABŞ ordusuna zərbələr endirmək və ABŞ hava məkanını pozmaq üçün pilotsuz təyyarələrdən istifadə etmək təhlükəsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью