Pentaqon İlon Maskın Grok sistemini alıb

24.12.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi milyarder iş adamı İlon Maska məxsus "xAI" şirkətinin "Grok" modellərinə əsaslanan sistemləri Pentaqonun hərbi təyinatlı süni intellekt arsenalına daxil edib. Bu yeni texnologiyalar birbaşa "GenAI.mil" platformasına inteqrasiya olunacaq.

Reyting.az-ın məlumatına görə Pentaqon rəsmiləri bildiriblər ki, "Grok" süni intellekt sisteminin 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Pentaqonun mülkiyyətinə keçən bu sistem məxfilik qrifi götürülən bütün məlumatların təhlükəsiz emalını və real vaxtda, ehtiyac olduqda, yayılmaq icazəsi olan belə sənədlərin qlobal informasiyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, son illər ərzində ABŞ hərbi qurumları ilə bir çox texnologiya şirkətləri süni intellekt sahəsində geniş əməkdaşlıq edirlər.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью