Pentaqon İrana görə Konqresdən milyardlarla dollar tələb etdi

01.08.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatlar zamanı sərf olunan sursat və hava hücumundan müdafiə vasitələrinin ehtiyatını bərpa etmək üçün Konqresdən əlavə maliyyə istəyib.

Sherg.az xəbər verir ki, Bloombergin məlumatına görə, Pentaqon hava hücumundan müdafiə sistemlərinin yenilənməsi məqsədilə 18,2 milyard dollar, ümumilikdə isə 67 milyard dollar məbləğində maliyyə paketi tələb edib.

Məlumata əsasən, sorğuya THAAD, Patriot, SM-6 hava hücumundan müdafiə sistemləri, eləcə də Tomahawk qanadlı raketlərinin alınması üçün vəsait də daxildir.

Bildirilir ki, ABŞ qüvvələri fevralın 28-dən etibarən İrandakı hədəflərə qarşı təxminən 13,6 min döyüş sursatı istifadə edib və hazırda bu ehtiyatların bərpasına ehtiyac yaranıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью