Pentaqon İranı təhdid etdi

01.05.2025

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset İranın Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının husi qüvvələrinə yardıma görə məsuliyyət daşıdığını bəyan edib.
Heqset X səhifəsində yazıb: "İrana ismarıc: sizin husilərə letal dəstəyinizi görürük. Sizin məhz nə ilə məşğul olduğunuzu dəqiq bilirik. ABŞ Silahlı Qüvvələrinin nəyə qadir olduğunu gözəl bilirsiniz və sizə xəbərdarlıq edilib. Bizim seçəcəyimiz məkanda və zamanda siz nəticələrlə qarşılaşacaqsınız".
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью