Pentaqon: “İranla müharibədə 13 ABŞ əsgəri öldürülüb, 365 nəfər yaralanıb”

04.04.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 28-də İrana qarşı başlayan müharibədəki canlı itkiləri açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda indiyə qədər 13 ABŞ əsgəri öldürülüb, 365 nəfər yaralandığı qeyd edilib.

Bildirilib ki, həlak olan ABŞ əsgərlərindən 6-sı quru qoşunlarında, 7-si isə hava qüvvələrində xidmətdə olub: “Yaralananlardan 247-si quru qoşunlarından, 63-ü Hərbi Dəniz Qüvvələrindən, 19-u Dəniz Piyadaları Korpusundan və 36-sı Hərbi Hava Qüvvələrində xidmətdir”

Samir MUSAYEV
Mia.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью