Pentaqon katibi: “Amerika ordusunda paltarlı oğlanlar olmayacaq”

13.11.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Pentaqon katibi Pit Hegseth 4-cü İllik Şimal-Şərqi İndiana Müdafiə Sammitində çıxışı zamanı bildirib ki, ABŞ ordusunda “paltarlı oğlanlara” yer yoxdur.

Doğru.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, Hegseth çıxışında deyib: “Artıq şəxsiyyət ayları yoxdur… Daha paltarlı oğlanlar yoxdur”.

O vurğulayıb ki, Amerika hərbçiləri ciddi fiziki tələblərə və döyüş hazırlığı standartlarına cavab verməlidirlər.

Qeyd edək ki, fevral ayında CBS ABŞ ordusunun transgender hərbçiləri tərxis etməyə başladığını yazmışdı. Həmçinin ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanılmasına dair göstəriş vermişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью