Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
“ABŞ-nin Müdafiə nazirliyi bu gün Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində “ElementUS Minerals”, “LLC (ElementUSA)” şirkətinə 29,9 milyon dollar qrant ayrıldığını elan edib. Müqavilənin bir hissəsi kimi şirkət Texasdakı obyektində layihələndirmə işləri aparacaq. İnvestisiyalar Ukrayna üçün 2022-ci il Əlavə Maliyyələşdirmə Qanunu çərçivəsində ayrılmış vəsaitlərdən istifadə edir”, - məlumatda bildirilir.
Pentaqonun yüksək vəzifəli məmuru Ceffri Frankstonun sözlərinə görə, qrant layihəsi şirkətə tullantı axınlarından qallium və skandium çıxarmağa imkan verəcək və Pentaqonun kritik mineralların tədarükünü genişləndirmək səylərini dəstəkləyəcək.
Pentaqon rəhbərinin Sənaye bazası siyasəti üzrə köməkçisi Mayk Kadenatssi, öz növbəsində, bu layihələr çərçivəsində tədarük ediləcək qallium və skandiumun geniş çeşiddə müdafiə sənayesi və avadanlıqları üçün vacib minerallar olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “ABŞ-nin Müdafiə nazirliyi bu gün Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində “ElementUS Minerals”, “LLC (ElementUSA)” şirkətinə 29,9 milyon dollar qrant ayrıldığını elan edib. Müqavilənin bir hissəsi kimi şirkət Texasdakı obyektində layihələndirmə işləri aparacaq. İnvestisiyalar Ukrayna üçün 2022-ci il Əlavə Maliyyələşdirmə Qanunu çərçivəsində ayrılmış vəsaitlərdən istifadə edir”, - məlumatda bildirilir.