Pentaqon lazer silahının hazırlanmasına 86 milyon dollar ayırıb

10.07.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi raketlər və pilotsuz uçuş aparatlarından müdafiə üçün lazer silahının hazırlanmasına 86 milyon dollar ayırıb.

APA xəbər verir ki, Pentaqonun məlumatına görə, iki saziş növbəti nəsil qanadlı raketlər və PUA-lara qarşı müdafiə sistemlərinin gücləndirilməsi məqsədilə birgə lazer silahı sisteminin yaradılmasını nəzərdə tutur.

Layihə üzrə ilkin maliyyələşdirmə 86 milyon dollar təşkil edir. Ümumi limit isə 847 milyon dollar müəyyənləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью