Pentaqon Los Ancelesə 700 dəniz piyadası göndərir

10.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 10 iyun, AZƏRTAC

Pentaqon Los-Ancelesdəki etiraz aksiyalarında Milli Qvardiyaya kömək etmək üçün əraziyə 700 dəniz piyadası göndərir.

AZƏRTAC-ın məlumatına görə, heyət Cənubi Kaliforniya səhrasındakı “Twentynine Palms” bazasından yola düşüb.

ABŞ Şimal Komandanlığının açıqlamasına əsasən, dəniz piyadaları yalnız federal əmlakı, şəxsi heyəti, o cümlədən federal immiqrasiya agentlərini qorumaq üçün hadisə yerində 2100 Milli Qvardiya əsgəri ilə birlikdə xidmət aparacaq.

Bildirilir ki, dəniz piyadaları və Milli Qvardiya qoşunlarının “Posse Comitatus” Aktına əsasən hüquq-mühafizə vəzifələrini yerinə yetirməsi gözlənilmir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью