Pentaqon mülki işçilərin sayını 50 min nəfər azaldır

19.03.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

ABŞ Müdafiə Nazirliyi büdcə xərclərini azaltmaq üçün 50-60 min mülki işçinin ixtisarını planlaşdırır. SİA xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsinin bəyanatına istinadən “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, bu addım Pentaqonda mülki işçilərin 8 % azaldılması planı çərçivəsində atılıb.

Qeyd olunub ki, boşalan yerlərə hərbçilər təyin edilməyəcək, çünki müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığından əmin olmaq istəyir. “The Washington Post” qəzeti əvvəllər xəbər vermişdi ki, Heqset növbəti beş il ərzində hərbi qurumun büdcəsinin hər il 8 % azaldılması planının hazırlanması barədə göstəriş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью