Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Trampın Pentaqonu Müharibə Nazirliyi adlandırmasını əslində sülhə xidmət edən bir dəyişiklik kimi dəyərləndirmək olar".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ prezidenti Donald Trampın ölkənin Müdafiə Nazirliyinin adını dəyişib, Müharibə Nazirliyi adlandırmasını şərh edərkən deyib.
"Xarakter etibarı ilə Tramp zəngin profilli bir adamdır. O, siyasətçidən daha çox şoumen, ticarətçi olması ilə seçilir.
Etdiyi çıxışlar, keçirdiyi görüşlər zamanı göstərdiyi bədən hərəkətləri, nitqi Tramp bizə daha çox şöhrətpərəst kimi tanıtdırır.
Onun zəif insan olduğunu düşünmürəm", deyə ekspert bildirib.
Həmsöhbətimiz deyib ki, ABŞ prezidenti kimi, onun özünə daha çox sülhəmeylli insan kimi göstərməsi və bunu xüsusi notlarla ictimaiyyətin diqqətinə çatdırması, bütün bunlar Trampın həm də şöhrətpərəst olmasından xəbər verir: "O, dəyişikliklərə meyllidir və çalışır ki, yaddaşlarda qalsın.
Yadda qalmağın ən yaxşı yolu isə fərqlilikdir. Onun da ən yaxşı yolu fərqli düşünməkdir.