Pentaqon nüvə modernləşdirilməsini ABŞ HHQ üçün əsas prioritet adlandırıb

07.05.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nüvə imkanlarının modernləşdirilməsinə investisiya qoyuluşu ABŞ Hərbi Hava Qüvvələri üçün əsas prioritet olaraq qalır.

APA xəbər verir ki, bunu ABŞ HHQ-nin Baş Qərargah rəisi Devid Elvin ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, ABŞ HHQ hazırda xüsusilə də F-15 və F-35 qırıcılarının, həmçinin B-52 strateji bombardmançılarının modernləşdirilməsi ilə fəal məşğul olur.

O qeyd edib ki, ABŞ-ın dəyişən təhdidlərlə ayaqlaşa bilməsi üçün bunu etmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью