Pentaqon onlarla hərbçinin yaralandığını niyə GİZLƏDİB?

20.07.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pentaqon ötən həftə İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində yaralanan onlarla ABŞ hərbçisi haqqında məlumatları gizlədib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, İran qüvvələri ötən həftə İordaniyadakı Amerika hədəflərinə dörd dəfə zərbə endirib. ABŞ Mərkəzi Komandanlığı rəsmi olaraq 17 iyulda baş verən dördüncü zərbə dalğası zamanı iki amerikalı hərbçinin öldüyünü, birinin itkin düşmüş kimi qeydə alındığını, dördünün xəstəxanaya yerləşdirildiyini və bir neçəsinin yüngül xəsarət aldığını bildirib.

Lakin ötən həftə baş verən əvvəlki üç zərbə dalğası zamanı onlarla ABŞ hərbçisi yaralanıb ki, Pentaqon bunu açıqlamayıb. Bu hücumlarda bir neçə ABŞ hərbi helikopteri də zədələnib. 

Pentaqon sözçüsü NYT-yə bildirib ki, komandanlıq yaralıların xəsarətləri yüngül olduqda onlar haqqında məlumat açıqlamağa və onların tez bir zamanda xidmətə qayıtmalarına imkan verməyə borclu deyil. 

O, həmçinin əlavə edib ki, bu cür məlumatların açıqlanması İran Silahlı Qüvvələrinə zərbələrinin effektivliyini daha yaxşı qiymətləndirməyə və gələcək hücumları tənzimləməyə kömək edəcək.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью