Pentaqon qərar verdi: İrana qoşun göndərəcək

24.03.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran əleyhinə əməliyyat aparmaq üçün əlavə qüvvə göndərməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, Pentaqon Yaxın Şərqdə əməliyyatlara dəstək üçün təxminən 3 min nəfərlik elit hərbi birliyini yerləşdirməyi planlaşdırır.

Yazılı əmrin yaxın saatlarda veriləcəyi gözlənilir.

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ rəsmiləri hələ qoşunların birbaşa İran ərazisinə daxil edilməsinə qərar verməyib. Lakin 82-ci diviziyanın göndərilməsi prezident Donald Tramp üçün bir sıra strateji hərəkət imkanları açır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью