Pentaqon rəhbəri Avropaya ilk səfərində Kiyevə yardım etməyəcək

11.02.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Pentaqonun yeni rəhbəri Pete Hegseth Avropaya ilk səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketini elan etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Heqset fevralın 12-də NATO-nun Brüsseldəki qərargahına səfər edəcək. Agentliyin mənbəsinin sözlərinə görə, o, Kiyevə hər hansı yeni hərbi yardım elan etməyəcək və Ukrayna nümayəndələri ilə görüşlər planlaşdırmayacaq. Müttəfiqlərlə gözlənilən görüş zamanı müdafiə departamentinin rəhbəri "daha çox dinləməyə" hazırlaşır, deyə adı açıqlamayan amerikalı məmur bildirib.

Fevralın 12-də Brüsseldə Ramşteyn formatında görüş və Avropa İttifaqı və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью