Pentaqon rəhbəri: Çin ABŞ nin dünyada hökmranlığını sarsıtmaq istəyir

08.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Çin hökmranlığa can atır və ABŞ-nin dünyadakı hökmranlığını sarsıtmaq niyyətindədir".

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun üzvləri ilə görüşdə deyib.

"Mən sizə deməliyəm ki, biz çox təhlükəli dövrlərdə yaşayırıq, elə güclər var ki, imkanları olsa, məmnuniyyətlə yüksələcək və Qərbin güc, imkan və inanclarını rədd edəcəklər", - Heqset bildirib.

Heqset digər məsələlərlə yanaşı qeyd edib ki, onun fikrincə, Çin kommunistləri dünyaya tamamilə fərqli baxışa can atırlar.

"Onlar bunu iqtisadi dirçəlişləri sayəsində edirlər. Buna görə də, ABŞ buna hazır olmalıdır", - Pentaqon rəhbəri yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью