Pentaqon rəhbəri: “Çin Panama kanalını ələ keçirmək istəyir”

14.04.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pit Heqset: “Onlar bu kanalı ələ keçirmək niyyətindədirlər”

“Çin infrastruktur layihələri və siyasi təzyiqlərlə Panama kanalına nəzarəti ələ keçirməyə çalışır”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Pit Heqset “Fox News” telekanalına müsahibəsində deyib.

"Çin kommunistləri siyasətçiləri idarə etmək istəyirlər. Onlar bu kanalı ələ keçirmək niyyətindədirlər. Prezident Donald Tramp da deyir ki, biz buna cavab verəcəyik", - Pentaqon rəhbəri bildirib.

Heqset həmçinin qeyd edib ki, keçmiş Prezident Co Baydenin administrasiyası dövründə Birləşmiş Ştatlar “sükan arxasında yuxuda olub”, lakin bu, “indi dəyişəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью