Pentaqon rəhbəri İsraildə Netanyahu ilə görüşdü

20.10.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə əvvəlcədən elan olunmamış səfər edərək Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşri iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş İsraildə keçiriləcək parlament seçkilərinə səkkiz gün qalmış baş tutub.

Səfər ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin aparıldığı dövrə təsadüf edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İsraildə keçiriləcək seçkilərdə Netanyahunu dəstəklədiyini açıqlayıb.

Pentaqon və İsrailin Vaşinqtondakı səfirliyi görüşlə bağlı ilkin mərhələdə rəsmi açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью