Pentaqon rəhbəri Meksikanı hərbi əməliyyatla hədələdi

01.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Pentaqon rəhbəri Pit Heqset Meksika rəsmilərinin narkotik kartelləri ilə əlaqələrini davam etdirəcəyi təqdirdə Meksikanı hərbi əməliyyatlarla hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb. 

Nəşrin məlumatına görə, Pentaqon rəhbəri yanvarın 31-də Meksika Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət edib. Söhbət zamanı Pentaqonun rəhbəri qeyd edib ki, Meksika rəsmiləri ilə narkotik kartelləri arasında əlaqələr davam edərsə, Amerika hərbçiləri cinayətkar qruplaşmalara qarşı birtərəfli tədbirlər görməyə hazır olacaqlar.

Qəzet əlavə edib ki, Meksika hakimiyyəti Pentaqon rəhbərinin sözlərinə “qəzəblənib”. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью