Pentaqon rəhbəri NATO dakı həmkarlarının görüşündə iştirak etməyəcək

30.01.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pentaqon rəhbəri Pit Heqset fevral ayında Brüsseldə keçirilməsi planlaşdırılan NATO müdafiə nazirlərinin görüşündə iştirak etməyəcək.

"Ölkə.az" bildirir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən xəbər verir.

Məlumat təsdiqlənərsə, Heqset Tramp administrasiyasının NATO nazirlərinin görüşünü buraxan ikinci nümayəndəsi olacaq. Heqsetin görüşdə iştirak etməməsinin səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın NATO-dakı keçmiş səfiri Stefano Stefanini ABŞ-ın Avropadakı mövcudluğunu azaltması halında Alyansın dağılma riski barədə xəbərdarlıq edib.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью