Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin müharibə naziri Pit Heqset Naməlum Əsgər məzarı önündə güldüyünə görə ona və köməkçilərinə irad bildirən qarovulçu Tomas İqlesiası təltif edib.
Modern.az xəbər verir ki, Heqset hərbçiyə təqdir medalı təqdim edib və mükafatlandırmadan fotoları sosial şəbəkə hesablarında paylaşıb.
“Biz əsgərləri sevirik. Qaydalara dəyər veririk. Əla işdir, mütəxəssis. Belə davam edin, vətənpərvərlər”, – deyə nazir paylaşımında yazıb.
Qeyd edək ki, İqlesias daha əvvəl məzar önündə gülən Heqsetə və onun köməkçilərinə irad bildirərək onlardan müvafiq davranış qaydalarına riayət etmələrini tələb etmişdi.