Pentaqon Rusiya Çin hərbi əməkdaşlığından narahatdır

03.04.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı narahatlıq ifadə olunub. Bu narahatlığı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı, ABŞ generalı Kristofer Kavoli ifadə edib.
Reyting.az
-ın məlumatına görə, o, Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı deyib ki, Rusiyanın ABŞ-nın düşmənləri ilə dərinləşən strateji tərəfdaşlığı qlobal təhlükəsizlik mühitini daha da çətinləşdirir və ABŞ-a təhlükə yaradır.
Generalın fikrincə, Rusiya ilə Çin arasında iqtisadi və hərbi əməkdaşlığın dərinləşməsi o deməkdir ki, ABŞ-nın eyni vaxtda bir neçə təhlükə ilə üzləşmə ehtimalı artır. O, həmçinin vurğulayıb ki, ABŞ-nın düşmənləri Ukraynadakı müharibədən dərs alır və hərbi texnologiyalar mübadiləsini artırırlar.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью