Pentaqon: Rusiya, Çin və KXDR ilə dialoq çox vacibdir, çünki...

21.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya, Çin və KXDR ilə dialoqun aparılması çox vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Strateji Komandanlığının yüksək səviyyəli nümayəndəsi, kontr-admiral  Tomas Byukenen deyib.

O, heç kimin nüvə müharibəsinin başlamasını istəmədiyini bildirib.

“Biz həmişə danışmağa hazır olmalıyıq. Çünki insanları ortaq dəyərləri müzakirə etmək üçün masaya yığmaq lazımdır. Heç kim nüvə müharibəsi istəmir. Ttəkcə Dövlət Departamenti deyil, digər ABŞ dövlət qurumları da rəqiblərimizi real və mənalı dialoqa cəlb etməyə çalışmalıdır”, – deyə Byukenen vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью