Pentaqon Sakit okeanda üzən gəmiyə zərbə endirib

23.12.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.

ABŞ hərbi aviasiyası Şərqi Sakit Okeanda narkotik daşıdığı iddia edilən gəmiyə hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ-nın Cənub Komandanlığı “X” sosial media platformasında məlumat yayıb.

Məlumatda deyilir ki, insident dekabrın 22-də Pentaqonun katibi Pit Heqsetin göstərişi ilə baş verib. Gəminin terror təşkilatlarına aid olduğu və “məlum narkotik ticarəti marşrutları ilə hərəkət etdiyi” iddia edilib. Əməliyyat zamanı bir nəfər həlak olub.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью