Pentaqon sənəd yaydı: müharibə anonsu verdi

28.01.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pentaqon ABŞ-da müharibə ehtimalı barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, gələcək müharibələr yalnız xaricdə deyil, həm də ABŞ daxilində ola bilər:

“Birgə Qüvvələr düşmənləri çəkindirməyə hazır olmalı və zərurət yarandıqda dünyanın istənilən yerində, o cümlədən birbaşa ABŞ daxilində hədəflərə qarşı qətiyyətli əməliyyatlar apara bilməlidir. Son illərdə nüvə təhdidləri, eləcə də müxtəlif növ ənənəvi zərbələr və kosmik, kiber və elektromaqnit müharibəsinin imkanları da daxil olmaqla birbaşa hərbi təhdidlərin sayı artıb”.

Qeyd edək ki, yanvarın 24-də Pentaqon ABŞ-ın yeni Milli Müdafiə Strategiyasını dərc edib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью