Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu açıqlayıb

10.12.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pentaqon Suriyada kimyəvi silahların olması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, onların öz qoşunlarına və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır.

APA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.

“Məqsədimiz bu silahların mülki şəxslərə və ya ABŞ qüvvələrinə və onların bölgədəki müttəfiqlərinə qarşı istifadə edə biləcək şəxslərin əlinə keçməməsini təmin etməkdir”, - qurum rəsmisi vurğulayıb.

Pentaqonun sözçüsü vurğulayıb ki, ABŞ ordusu bu əməliyyatda birbaşa iştirak etmir, müttəfiqləri vasitəsilə hərəkət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью