Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib

10.12.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır.

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi ABŞ Hərbi Departamentinin mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Kimyəvi silah məsələsinə gəldikdə, biz bunu diqqətdə saxlayırıq. Biz əmin olmağa çalışırıq ki, bu kimyəvi silahlardan mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların regiondakı tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməsin”, - deyə Sinq əlavə edib.

Pentaqonun sözçüsü "biz bölgədə tərəfdaşlarla işləyirik" deyərək bildirib ki, ABŞ ordusu bu işdə birbaşa iştirak etmir, tərəfdaşlar vasitəsilə hərəkət edir. “Bizim bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün oradakı tərəfdaşlar vasitəsilə işləyirik”, - deyə Sinq qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью