Pentaqon Ukraynaya dəstəyi bərpa edir VİDEO

08.07.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Pentaqonun saytında dərc olunan bəyanatda Donald Tramp Kiyevə hərbi yardımı artıracağına söz verdikdən dərhal sonra ABŞ-nin Ukrayna üçün yeni silah göndərişini açıqladığı bildirilir.
“ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Müdafiə nazirliyi davamlı sülhün təminatı naminə ukraynalıların özlərini müdafiə edə bilmələrini dəstəkləmək üçün Ukraynaya əlavə müdafiə silahları göndərəcək”, - məlumatda vurğulanır.
Tramp: “İrəliləyişə nail ola bilmədim” | VİDEO Mediada yayımlanan xəbərlərə əsasən bura “Patriot” hava hücumundan müdafiə (HHM) raket sistemləri, “HIMARS” üçün “GMLRS” raketləri, “Stinger MANPADS”, tank əleyhinə sistemlər və dəqiq idarəolunan döyüş sursatları daxildir. “The Wall Street Journal (WSJ)” nəşri bu kateqoriyaların əvvəllər müvəqqəti ixrac qadağasına məruz qaldığını yazıb.
Lakin dünən İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfrnasında Vladimir Putinlə sonuncu söhbətin nəticələrindən məyus olduğunu deyən ABŞ prezidenti Ukraynaya, o cümlədən HHM sistemləri və yüksək dəqiqlikli döyüş sursatlarına dəstəyi artıracağına söz verib.
Xatırladaq ki, iyulun 2-də öz mənbələrinə istinad edən “Politico” nəşri və “NBC News” telekanalı Pentaqonun bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarəolunan hərbi sursatların Ukraynaya çatdırılmasını dayandırdığı barədə məlumat yayıblar. Sonradan Ağ Ev həmin məlumatı təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью