Pentaqon Ukraynaya verəcəyi raketləri azaldır

02.07.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Pentaqon Ukraynaya əvvəlki sayda raket verməyəcək.
Reyting.az
bildirir ki, bu barədə “NBC News” telekanalı Pentaqondakı mənbələrə istinadla məlumat yayıb.
İxtisar siyahısına yüzdən çox “Hellfire” raketi və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün onlarla zenit raketləri daxildir.
Ukraynaya verməkdən imtina edilən silahlar arasında onlarla “Patriot”u ələ keçirən qurğu,155 mm-lik minlərlə yüksək partlayıcı sursatlar, 100-dən çox “Hellfire” raketi, 250-dən çox yüksək dəqiqlikli “GMLRS” sistemi, eləcə də onlarla “Stinger” yer-hava raketi var.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью