Pentaqon və FTB dən sensasiyalı addım

13.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və FTB (FBI) kosmik fəzalarda və atmosferdə qeydə alınmış naməlum uçan obyektlərlə (UFO) bağlı daha 40 gizli sənədi və 19 videoşəkili ictimaiyyətə açıqlayıb. Ağ Evin rəsmi Konsultativ Şurasının rəhbəri, Harvard Universitetinin məşhur asrofiziki Avi Löb CBS Nyus (CBS News) kanalına müsahibəsində bu materialları analiz edib və ordunun mülki alimlərlə əməkdaşlıq etməsinin artıq böyük bir tarixi hadisə olduğunu vurğulayıb.

Açıqlanan arxiv sənədləri arasında 1948-1949-cu illərdə Los-Alamosda keçirilmiş qapalı konfransın protokolları xüsusi diqqət çəkir. Həmin dövrdə "Manhetton layihəsi"ndə iştirak edən aparıcı nüvə fiziki, "hidrogen bombasının atası" Edvard Teller də daxil olmaqla, dövrün ən böyük zəkaları atmosferdə qeyri-adi sürətlə, tam üfüqi xətt üzrə hərəkət edən və aerodinamika qanunlarını alt-üst edən "yaşıl alov topları"nın təbiətini araşdırsalar da, bu günə qədər həmin hadisələrin sirrini aça bilməyiblər.

Müasir videoarxivlərdə isə iki kadr alimləri daha çox heyrətə salıb:

90 dərəcəlik kəskin manyevr: Videoların birində naməlum obyekt uçuş zamanı fizika qanunlarına zidd olaraq qəfildən tam düz buşaq altında dönür;
Sinxron qrup uçuşu: Digər kadrda bir neçə obyektin buludların arasında tam nizamlı hərbi kordon şəklində, paralel və sinxron şəkildə manyevr etdiyi görünür.
CBS aparıcılarının ayrıca sual verdiyi və formasına görə populyar mədəniyyətdəki "Supermen gəmisi"nə bənzədilən obyekt barədə isə Harvard alimi jurnalistlərin həvəsini boğub. Avi Löb sosial şəbəkələrdəki sensasiyalı başlıqlara dərhal inanmamağa çağırıb. Astrofizikin sözlərinə görə, həmin "sirli gəmi" böyük ehtimalla yadplanetlilərin texnologiyası deyil, sadəcə hərbi kameranın obyektivində yaranan bəsit bir optik parıltı (blik) və linza qüsurudur. Alim qeyd edib ki, materiallar mühüm olsa da, onların heç biri hələlik Yer kürəsinin yadplanetli sivilizasiyalar tərəfindən ziyarət edildiyini 100% sübut etmir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью