Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

08.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ABŞ ordusu döyüş meydanlarında getdikcə daha tez-tez istifadə olunan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün "AeroVironment" şirkətindən ən azı 400 milyon dollar dəyərində lazer sistemləri alacaq. 
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbə dəqiqləşdirib ki, bu qərar hərbçilərin müasir müharibələrin əsas silahına çevrilən dronları zərərsizləşdirmək üçün daha effektiv və ucuz yollar tapmaq istəyindən irəli gəlir.
Müqavilə çərçivəsində Pentaqon onlarla "LOCUST" lazer sistemi ilə təmin olunacaq. 
Mənbənin qeyd etdiyinə görə, bu sövdələşmə Pentaqon üçün prototip mərhələsini geridə qoymuş və birbaşa seriyalı istehsal xəttinə keçmiş ilk istiqamətləndirilmiş enerji tipli (lazer) PUA-əleyhinə müdafiə sistemi müqaviləsi olacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью