Pentaqon yeni təyyarə sifarişi üçün 3,5 milyard dollar xərcləyəcək

19.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Müdafiə Nazirliyi “Northrop Grumman” şirkəti ilə E-130J təyyarəsinin dizaynı və istehsalı üçün təxminən 3,5 milyard dollarlıq müqavilə imzalayıb.

APA xəbər verir ki, E-130J təyyarəsi ABŞ prezidenti, Pentaqon rəhbəri və Mərkəzi Komandanlığı olmaqla ölkənin nüvə üçlüyü arasında əlaqəni təmin edən “Boeing E-6B Mercury” təyyarəsini əvəz etməlidir.

Yeni təyyarənin 2034-cü ilin dekabrında hazır olması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью