Pentaqondan etiraf: İranın hücumları ciddi ziyan vurub

11.09.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hücumların nəticələri o qədər ağır olub ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Bəhreyndə lövbər salmaq üçün yeri qalmayıb”

Pentaqon İranın hücumlarının Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektlərinə ciddi ziyan vurduğunu etiraf edib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Epoch Times" qəzetinin əməkdaşı Rayan Morqan sosial media platforması “X”də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hang Caoya istinadən məlumat yayıb.

Caonun sözlərinə görə, “hücumların nəticələri o qədər ağır olub ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Bəhreyndə lövbər salmaq üçün yeri qalmayıb”.

O, həmçinin bildirib ki, ABŞ hakimiyyəti zədələnmiş hərbi bazanın bərpasını müzakirə edir.

Cao hücumların nəticələrini İranın "Bəhreyni parçalaması" kimi təsvir edib. Lakin açıqlamada zərərin miqyası barədə rəsmi məlumat verilməyib. Caonun açıqlamaları ilə bağlı məlumatlar regional mediada da yer alıb.

Bəhreyn ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahıdır. Onun məsuliyyət zonasına Fars körfəzi, Qırmızı dəniz, Hind okeanının bir hissəsi və bitişik sular daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью