Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1983-cü ildən tətbiq olunan bu metod qısaca “Pizzint” (Pizza Intelligence, “pizza kəşfiyyatı”) adlanır. O vaxtdan bəri Pentaqonun Pizza İndeksini izləməklə 21 qlobal böhranı dəqiq proqnozlaşdırmaq mümkün olub. 1983-cü ilin “Təcili qəzəb” (Qrenada), 1989-cu ili “Haqq işi” (Panama) əməliyyatarı zamanı “pizza nəzəriyyəsi” özünü doğruldub.
1990-cı ildə “Domino's Pizza” şirkətinin sahibi Frenk Miks “Los Angeles Times” qəzetinə müsahibəsində təsdiqləyib ki, həqiqətən də Panama əməliyyatı ərəfəsində Pentaqondan gələn pizza sifarişləri kəskin artmışdı. 1991-ci ildə “Səhrada fırtına” əməliyyatı ərəfəsində də eyni effekt müşahidə olunub.
2024-cü il, aprelin 13-də İranın İsrailə zərbəsi ərəfəsində Pentaqonun ətrafında yerləşən bütün pizza məntəqələri yüksək dərəcədə yüklənmiş olublar. 2025-ci ilin 12 iyununda eyni vəziyyət təkrarlanıb. Bir neçə saatdan sonra İsrail İranın nüvə obyektlərinə zərbələr endirib.
Bunu nəzərə alan açıq mənbələrdən kəşfiyyat (OSINT – Open Source Intelligence) həvəskarları “Pentagon Pizza Index” adlanan xüsusi canlı indeks hazırlayıblar. İndeks onlayn rejimdə Pentaqonun ətrafındakı 6 pizza dükanının yüklənmə dərəcəsin izləyir. Əgər qrafiklər yaşıldırsa, deməli, hər şey normalıdır, yox, qırmızıya boyanıbsa, deməli, Pentaqonda yenə nəsə qazan qaynadırlar.
Sonuncu dəfə 2026-cı il yanvarın 2-dən 3-nə keçən gecə “Pentagon Pizza Index”i kəskin artım göstərib. Səhərisi gün ABŞ Venesuelaya müdaxilə edib.
Pentaqonun özü bu nəzəriyyəni rəsmən rədd edərək bildirir ki, dövlət idarələrində gecə çalışan işçilər üçün yemək hazırlayan xüsusi xidmətlər var. Doğrudan da, gizli əməliyyatlara hazırlıq zamanı belə məqamları nəzərə almaq çətin deyil. Pizza sifarişlərinin artması tamam başqa hadisələrlə də bağlı ola bilər. Amma OSINT həvəskarları da yerlərində saymırlar: onlar pizza indeksini bir neçə başqa göstərici ilə (məsələn, Pentaqonun ətrafındakı mobilliklə, verilən bəyanatların sayı ilə) inteqrasiya edərək, daha dəqiq informasiya verdiyini söyləyirlər. Hər halda, fakt budur ki, metod işləyir.
Qeyd edək ki, hazırda Pentaqonun Pizza İndeksi “DoughCon 4” səviyyəsini göstərir. Bu o deməkdir ki, sifarişlər artıb, amma bu artım müharibə hazırlığı ərəfəsindəki qədər deyil. Güman ki, “beşbucağın” daxilində qızğın kəşfiyyat fəaliyyəti gedir.
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. 1990-cı ildə “Domino's Pizza” şirkətinin sahibi Frenk Miks “Los Angeles Times” qəzetinə müsahibəsində təsdiqləyib ki, həqiqətən də Panama əməliyyatı ərəfəsində Pentaqondan gələn pizza sifarişləri kəskin artmışdı. 1991-ci ildə “Səhrada fırtına” əməliyyatı ərəfəsində də eyni effekt müşahidə olunub.