Pentaqonun vəsaiti tükənə bilər

19.06.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqres üzvlərinə İrana qarşı hərbi əməliyyatlar və digər xərclərlə əlaqədar əlavə 80 milyard dollar maliyyə vəsaitinə ehtiyac duyduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftənin əvvəlində ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq amerikalı qanunvericilərlə telefon danışıqları apararaq Pentaqonun maliyyə ehtiyacları barədə məlumat verib.

Qəzet yazır ki, Müdafiə Nazirliyinin rəhbərliyi Konqresi xəbərdar edib ki, əlavə maliyyələşdirmə təsdiqlənməyəcəyi təqdirdə Pentaqonun vəsaiti artıq bu yay tükənə bilər.

Bildirilib ki, əlavə vəsait ayrılmasa, ABŞ ordusu bir sıra proqramları, o cümlədən hərbi təlimləri azaltmaq və ya təxirə salmaq məcburiyyətində qala bilər.

WSJ-nin məlumatına görə, əlavə maliyyələşdirmə tələbi ABŞ-ın Yaxın Şərqdə artan hərbi fəallığı və müdafiə xərclərinin yüksəlməsi fonunda gündəmə gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью