Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Star TV”nin “Tuzlu Kahve” layihəsinin prodüseri yenə böyük səs-küy yaradacaq bir serial üçün hazırlıqlara başlayıb.
OLAY yazır ki, “Poll Films” şirkətinin rəhbəri Polat Yağcı məşhur Koreya formatı olan “Penthouse” serialını Türkiyəyə uyğunlaşdırır.
Serial elit təbəqənin yaşadığı “Penthouse” adlı 100 mərtəbəli lüks yaşayış kompleksində yaşayan 6 qadının başına gələn hadisələri ekranlara gətirəcək. Layihə intriqalar, dram və sevgi üçbucaqları ilə dolu təsirli bir hekayəni tamaşaçılara təqdim edəcək.