Pep Qvardiola almaniyalını istəyir İdmanXəbər

19.12.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix “Mançester Siti”nin gündəmindədi.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” almaniyalını transfer etmək üçün hərəkətə keçib. Baş məşqçi Pep Qvardiola yarımmüdadiəçini israrla istəyir. 

Mançester klubu müqaviləsi başa çatan 29 yaşlı orta xətt oyunçusunu pulsuz heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, “Bavariya” Yozua Kimmixi 2015-ci ilin yayında “Ştutqart”dan transfer edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью