Pep Qvardiola belçikalının xəyanət etdiyini düşünür

15.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin de Bruynenin insani keyfiyyətlərindən məyus olub. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Premyer Liqanın bir neçə klubu - "Çelsi", "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

De Bruyneni də mətbuata açıqlamasında bu komandalardan gələn təkliflərə açıq olduğunu bildirib. Bu isə Qvardiolanı məyus edib. O, belçikalının bu addımını ideyaya xəyanət kimi qiymətləndirib.

Qeyd edək ki, cari mövsümün sonunda 34 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsinin müddəti başa çatır. O, 2015-ci ildən "şəhərlilər"in formasını geyinir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью