Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun transfer bazarındakı fəaliyyəti ilə bağlı maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports"a müsahibəsində deyib.
Təcrübəli mütəxəssis son illərdəki transfer xərclərindən danışarkən zarafatla "bir az əsəbiyəm" deyib. Qvardiola son beş il ərzində "şəhərlilər"in transfer bazarında böyük məbləğlər xərclədiyi barədə səslənən iddialara ironik yanaşıb. O, bildirb ki, açıqlanan rəqəmlər klubun həddindən artıq xərclədiyi fikrini tam əks etdirmir.
Qeyd edək ki, "Mançester Siti" yanvar "transfer pəncərəsi"ndə heyətini bir sıra futbolçu ilə gücləndirsə də, bu dəyişikliklər meydandakı nəticələrə tam təsir göstərməyib.