sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pep Qvardiola Səudiyyə Ərəbistanı millisinə rəhbərlik etmək üçün çox sərfəli təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 55 yaşlı mütəxəssis bu təklifi rədd edib.
Ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılan Qvardiola hazırda heç bir klubda çalışmır. O, daha əvvəl "Barselona" və "Bavariya"ya rəhbərlik edib.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donisdir. Yunan mütəxəssis Erve Renarın gedişindən sonra, 2026-cı ilin aprelində komandanın "sükanı" arxasına keçib.