Pep Qvardiola əsəbindən üzünübaşını cırdı FOTO

27.11.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üç qolla üstün olub, sonradan qələbəni əldən verdikləri görüşdə özünə xəsarət yetirib.

Bakupost.az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən "Mançester Siti" - "Feyenoord" qarşılaşmasından sonra onun üzündəki və başındakı cırmaq izləri diqqət çəkib.

Zədələrlə bağlı jurnalistin: "Yaralarınız var. Nə olub?" - sualına Qvardiola gülərək belə cavab verib:

"Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm".

Xatırladaq ki, altı qolun vurulduğu görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu qarşılaşmayadək "Mançester Siti" bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью