Pep Qvardiola Etihad a qayıdır

08.10.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Mançester Siti"nin keçmiş baş məşqçisi Pep Qvardiola gələn həftə komandanın Çempionlar Liqası çərçivəsində PSJ-yə qarşı keçirəcəyi ev oyununu izləyəcək. Bu, onun ötən mövsümün sonunda klubu tərk etməsindən bəri "Etihad" stadionuna ilk səfəri olacaq. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Səfər mühüm hadisələr fonunda reallaşması diqqət çəkir. Müstəqil komissiya bu yaxınlarda "Mançester Siti"ni Premyer Liqa tərəfindən irəli sürülən və 2009/10-cu illərdən 2017/18-ci illər mövsümünə qədər olan dövrü əhatə edən maliyyə pozuntuları ilə bağlı ittihamların əksəriyyətində təqsirli bilib. Klub bütün ittihamları qətiyyətlə rədd edir və artıq apellyasiya şikayəti verib.

Qərar elan edildikdən dərhal sonra 55 yaşlı ispan mütəxəssis sosial şəbəkələrdə dəstəyini ifadə edərək, klubun sahiblərini və rəhbərliyini açıq şəkildə müdafiə edib.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında keçən on illik dövr ərzində "Mançester Siti" altı dəfə Premyer Liqa çempionu (o cümlədən rekord sayda – ardıcıl dörd dəfə), həmçinin Çempionlar Liqasının, üç dəfə İngiltərə Kubokunun və beş dəfə Liqa Kubokunun qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью