Pep Qvardiola Rodrini Maykl Cordana bənzədib İdman və Biz

15.12.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Biz cari mövsümdə “Qızıl top”un sahibi və ötən mövsüm İngiltərədə ən yaxşı seçilən Rodrisiz oynayırıq. Əlbəttə ki, asan deyil”.

İdman.biz xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

O, komandanın uğursuzluqlarını Rodrinin yoxluğu ilə izah edib. Qvardiola ispan yarımmüdafiəçini basketbol əfsanəsi Maykl Cordana bənzədib: “Çikaqo Bulls” Maykl Cordanla 6 dəfə NBA çempionu olub. Bəs, o, karyerasını bitirəndən sonra neçəsini udublar? Biz optimal heyətimiz olanda yenə güclü olacağıq”.

Qeyd edək ki, Mançester klubu son 10 oyunda 1 qələbə qazanıb və 7 dəfə uduzub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью