Pep Qvardiolanı əvəz edəcək baş məşqçi bəlli olub

28.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2025-ci ilin yayında klubu tərk edə bilər.

Oxu.Az "Elgoldigital"a istinadən xəbər verir ki, "şəhərlilər"in rəhbərliyi komandanın yenidən strukturlaşmaya ehtiyacı olduğunu hesab edir. Buna görə hətta Pepi əvəzləyəcək mütəxəssis də tapılıb. "Mançester Siti"nin baş məşqçisi vəzifəsinə əsas namizəd "Jirona"ya rəhbərlik edən Mişeldir.

Ötən mövsüm onun komandası La Liqada üçüncü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

"Jirona" "Mançester Siti"nin də sahibi olan "City Group"a aid olduğundan, Mişelin İngiltərə klubuna keçidində heç bir problem olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью