Pep Qvardiolanı Mançester Siti də kimin əvəzləyəcəi müəyyənləşib

01.04.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Enso Mareska "Mançester Siti"nin baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, hazırkı məşqçi Pep Qvardiola mövsümün sonunda "Mançester"dən ayrılmaq qərarına gələrsə, 46 yaşlı mütəxəssis "Siti"nin "sükanı arxasına" keçəcək.

İtaliya mətbuatında "Fiorentina"nın da Mareska ilə maraqlandığını bildirir.

Qeyd edək ki, Mareskanın son iş yeri bu ilin yanvarında ayrıldığı "Çelsi" olub. London təmsilçisi ötən mövsüm onun rəhbərliyi altında,Konfrans Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью