Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pep Qvardiola hələ ki, almaniyalı məşqçi Fabian Hürzelerə qalib gələ bilmir.
İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərliyi altında "Mançester Siti" İngiltərə Premyer Liqasının 3-cü turunda "Brayton"a 1:2 hesabı ilə uduzub.
Hürzelerin komandası bu il "şəhərlilər"lə bir dəfə heç-heçə oynayıb, 2024-cü ildə isə qalib gəliblər.
Beləliklə, Hürzeler və futbolçuları Qvardiolanın komandasına qarşı keçirdikləri üç oyunun heç birində uduzmayıblar.
O, bununla Ronald Kumanın ("Everton"da işlədiyi dövrdə iki heç-heçə və bir qələbə) və Roberto Di Matteonun ("Şalke" və "Çelsi" ilə iki heç-heçə və bir qələbə) uğurunu təkrarlayıb.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.